Ayxan Hacızadə: Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz idi

Ayxan Hacızadə: Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz idi
SİYASƏT
08:58 04.04.2025
501
Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz idi.
 
AZXEBER.COM  Report-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "Envoy” jurnalına danışıb.

"Beynəlxalq təzyiqdən sonra Ermənistan bəzi xəritələri təqdim etsə də, onlar minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edirdi və yalnız 25 faiz dəqiq idi. Son mina partlayışı hadisələrinin 55 faizdən çoxu bu xəritələrlə əhatə olunmayan ərazilərdə baş verib”, – xarici siyasət idarəsinin sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın xəritələri Azərbaycan ərazilərində təxminən 400 000 minanın yerləşdirildiyini göstərsə də, faktiki rəqəm 1,5 milyona yaxındır.

"Ermənistanın mina təhlükəsinə münasibətdə bu cür davranışı regionda münaqişədən sonrakı dövrdə sülh və etimadın möhkəmləndirilməsi istiqamətində atılan tədbirlərə daha bir geri addımdır. Bu baxımdan, beynəlxalq ictimaiyyətin Ermənistandan gələn mina təhlükəsini pisləmək üçün ardıcıl tədbirlər görməsini son dərəcə vacib hesab edirik və Ermənistanın hələ də Azərbaycana tam təqdim edilməmiş bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsini gözləyirik. Məcburi köçkünlərin təhlükəsiz qayıdışını və zərər çəkmiş regionların bərpasını təmin etmək üçün Ermənistanın bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsi son dərəcə vacibdir”, – o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çin və ABŞ liderləri arasında telefon danışığı olub
17:42 05.06.2025
Çin və ABŞ liderləri arasında telefon danışığı olub
Bayramda bölgələrə səfər edəcək sürücülərə - Müraciət
17:32 05.06.2025
Bayramda bölgələrə səfər edəcək sürücülərə - Müraciət
"Yuventus" milli üzvü ilə yeni müqavilə imzalayıb
17:25 05.06.2025
"Yuventus" milli üzvü ilə yeni müqavilə imzalayıb
DİN: Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq
17:17 05.06.2025
DİN: Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq
Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək
17:02 05.06.2025
Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək
Haqqında həbs qərarı verilən "Survivor" iştirakçısından AÇIQLAMA
16:59 05.06.2025
Haqqında həbs qərarı verilən "Survivor" iştirakçısından AÇIQLAMA
Mirzoyan: İran Prezidentinin İrəvana səfəri gözlənilir
16:59 05.06.2025
Mirzoyan: İran Prezidentinin İrəvana səfəri gözlənilir
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başladı
16:47 05.06.2025
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başladı
Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
16:34 05.06.2025
Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
Azərbaycanda zəlzələ oldu
16:22 05.06.2025
Azərbaycanda zəlzələ oldu
Dörd nəfərin öldüyü “BMW”nin - Fotoları
16:10 05.06.2025
Dörd nəfərin öldüyü “BMW”nin - Fotoları
Şairlər Günü – sadəcə təqvimdə qeyd olunan tarix deyil…
16:00 05.06.2025
Şairlər Günü – sadəcə təqvimdə qeyd olunan tarix deyil…
Naftalanda “İnsan Hüquqları” mövzusunda tədbir keçirilib - FOTOLAR
15:59 05.06.2025
Naftalanda “İnsan Hüquqları” mövzusunda tədbir keçirilib - FOTOLAR
Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi
15:54 05.06.2025
Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi
Ərdoğan Paşinyanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
15:51 05.06.2025
Ərdoğan Paşinyanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanmasına qarşı çıxanları sərt tənqid edib
15:43 05.06.2025
Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanmasına qarşı çıxanları sərt tənqid edib