"Az ağlayan həbs olunacaq, hünərin var ağlama"

"Az ağlayan həbs olunacaq, hünərin var ağlama"
MARAQLI
15:05 21.12.2011
2378
Liderləri Kim Yong İlin qəfil ölümü ilə yasa bürünən Koreya xalqı günlərdir ağlaşma növbəsindədir. SİA-nın “cnntürk”ə istinadən verdiyi xəbərə görə, bu şişirdilmiş “ağlaşma simfoniyasının" arxasında əvvəlki liderləri Kim İl Sunganın vəfatı zamanı ağlamayanların həbs edilməsinin böyük təsiri var. Şimali Koreyanın 69 yaşındakı lideri Kim Yong İlin ölümü ölkəni kədərə qərq edib. Liderlərini itirən Şimali Koreya xalqı bütün ölkəni böyük bir yas mağarına çevirib. 24 milyonluq xalqın hönkür-hönkür ağlaması bütün dünyada sosial şəbəkələrdə ən çox paylaşılan videolar olub.Bütün dünyanın izlədiyi bu görüntülərin səbəbi isə bir az keçmişə dönüb baxınca ortaya çıxıb. 1994-cü ildə liderləri Kim İl Sungu itirdiklərində az ağlayanlar həbs olunmuşdu.
OXŞAR XƏBƏRLƏR