Televiziyalarda yeni mövsümə start verilib.
AZXEBER.COM xəbər verir ki, bir çox kanallarda yeni aparıcılar və verilişlər fəaliyyətə başlayıb.
Ötən mövsümdən "Space" kanalında çalışan aparıcı-prodüser Tarix Əliyev bu mövsüm də sözügedən kanalda fəaliyyətini davam etdirəcək.
O, "Tarixin bir günü" verilişi ilə sevənlərinin qarşısına çıxacaq.
Aparıcı "Bilirəm, darıxmısınız. Az qalıb, gəlirəm" sözləri ilə tezliklə verilişinin başlayacağını anons edib.
Aysel