Bu günlərdə onların Gay.az internet saytı fəaliyyətə başlayıb. Qafqaz regionunda ilk bu tipli sayt olan Gay.az-ın yaradıcısı Baluxin Ruslan Gennadyeviçdir. Saytın rəhbərliyinin müraciətində bildirilir ki, "Milli domenin alınması ümumilikdə layihənin başlanğıc mərhələdə inkişafında mühüm addımdır. Biz imkanlarımız çərçivəsində layihəni təkmilləşdirməyə çalışırıq. Təəssüf ki, bu bizdə heç də həmişə operativ alınmır, lakin, ümidimizi itirməyərək irəli can atırıq.
Yaxın vaxtlarda sayt daha çox funksiyalara malik olacaq. Forumlar, məqalələr, bloqlar, video, fayllar, xəbərlər bölmələri açılacaq. Əlbbəttə ki, ilk vaxtlar nöqsanlar olsa da, ümumi səylərlə onları aradan qaldıracağıq. Biz LGBT (Lesbian, Gay, Bisexual, Transgender ) vətəndaşlar üçün milli meydançanın inkişafında fəal iştiraka çağırırıq."
/// fakto.info