Azərbaycan futbolunda növbəti biabırçılıq: Daha bir klub çempionatdan imtina etdi

İDMAN
12:16 18.07.2011
2002

Bu haqda Lent.az-a klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. 

Onun sözlərinə görə, artıq bu barədə Peşəkar Futbol Liqası rəsmən məlumatlandırılıb. Şirəliyev bu addımı uşaq futboluna daha çox diqqət ayırmaları ilə izah edib. Klub rəsmisi “Muğan”ın çıxışlarını I divizionda davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, “Muğan”ı Premyer Liqada “Simurq”un əvəzləyəcəyi gözlənilir. Daha öncə elitaya vəsiqə qazanmış “Abşeron” da dağıldığı üçün yerini “Sumqayıt Şəhər”ə verib. Premyer Liqanın püşkatma mərasimi iyulun 22-də olacaq.

 

OXŞAR XƏBƏRLƏR