Azərbaycan hakimiyyəti 8 jurnalistə dostluq və pul təklif edib

MARAQLI
07:49 02.08.2011
1802

 

Hazırda Strasburq məhkəməsinin hökumətlə bu məsələ ilə bağlı yazışması gedir və sentyabrın 10-na qədər şikayətçilərdən heç olmasa biri hökumətlə razılaşmasa, iş üzrə məhkəmə iclası keçiriləcək və çox güman ki, şikayət təmin ediləcək.

Jurnalistlər iddia ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin pozulduğunu qeyd edirlər və hüquqlarının pozulması və onlara vurulan mənəvi ziyana görə hər biri 5 min avro istəyir.

Hökumətin təklifi ilə bağlı iddiaçıların fikri eyni deyil. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və qəzetin daha dörd əməkdaşı hökumətin təklifini qəbul etməyə hazırdırlar. Onlar düşünürlər ki, “soğan olsun, nağd olsun”. Onlar həmçinin bunu hökumətin güzəşti hesab edirlər. Eyni zamanda, AİHM-in onların iddiasını təmin edən qərar qəbul edəcəyindən də əmin deyillər.

Digər üç iddiaçı – “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov və icmalçı Şahvələd Çobanoğlu iddianın məhkəmə tərəfindən təmin edilməsi mövqeyində dururlar. Onların fikrincə, bu, vətəndaşların Azərbaycan hökuməti tərəfindən kobud şəkildə pozulan sərbəst toplaşmaq azadlığı ilə bağlı problemlərin həllinə xidmət edəcək.

Son illər Azərbaycanda vətəndaşların konstitusiyada təminat verilən mitinq, piket keçirmək və digər şəkildə kütləvi etiraz bildirmək hüququ demək olar ki, qadağan edilib. Belə icazəsiz aksiyaların iştirakçıları polis, məhkəmə və digər təqiblərə məruz qalır.

Hüquqşünaslar qeyd edir ki, təmin edilmiş iddia presendentə çevriləcək və toplaşmaq hüququ pozulan insanlar bu pretendent əsasında məhkəmə iddiası qaldıra biləcəklər, məhkəmələr isə AİHM-in qərarını tətbiq edərək, bu iddiaları təmin etmək məcburiyyətində qalacaq.

İddiaçılar bu gün məsələ ilə bağlı ortaq mövqe müəyyən etmək üçün məsləhətləşmələr aparıblar, lakin ortaq məxrəcə gələ bilməyiblər. AİHM və hökumətin mövqeləri ilə bağlı bəzi detallar dəqiqləşdirildikdən sonra məsləhətləşmələri davam etdirmək qərara alınıb.

Yeni Müsavat” qəzeti isə bu gün bəyan edib ki, "Turan"ın “Rauf Arifoğlu və qəzetin daha dörd əməkdaşı hökumətin təklifini qəbul etməyə hazırdırlar” ifadəsi tamamilə yalandır.

“Onlar düşünürlər ki, “soğan olsun, nağd olsun”, - kimi ifadələr işlətməklə, qəzetimizin əməkdaşlarını heyrətləndirib, eyni zamanda təhqir ediblər. Qəzetimizin toplantıda iştirak edən əməkdaşları orada deyiblər ki, bu məbləğı almaq da hakimiyyəti cəzalandırmaq anlamındadır, lakin üm

OXŞAR XƏBƏRLƏR