Azərbaycan Mətbuat Şurasında diffamasiya ilə bağlı müzakirə keçiriləcək

MARAQLI
12:53 04.05.2011
1824

MŞ-nin ofisində baş tutacaq toplantıda hər iki qurumun nümayəndələri ilə yanaşı, kütləvi informasiya vasitələri rəhbərlərinin, jurnalist birliklərinin təmsilçilərinin, media ekspertlərinin iştirakı nəzərdə tutulur.  

Qeyd edək ki, Mətbuat Şurası və ATƏT 2010-cu ilin martından «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın təkmilləşdirilməsi və diffamasiya haqqında qanunun qəbulunun sürətləndirilməsi ilə bağlı birgə layihə həyata keçirməkdədir. Ötən ilin sentyabrında layihənin birinci istiqaməti üzrə işlər tamamlanıb.

Həmin vaxt Bakıda təşkil olunan beynəlxalq konfransda AJPDQ-nın yeni təkmilləşdirilmiş variantı ictimaiyyətə təqdim olunub. Layihənin ikinci istiqaməti - diffamasiya haqqında qanunun qəbulu ilə bağlı mayın 11-də Bakıda ATƏT-in və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə beynəlxalq konfransın təşkili də planlaşdırılıb. Həmin toplantıda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin, həmçinin xarici media ekspertlərinin və KİV təmsilçilərinin iştirakı nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR