Azərbaycan rekordu yeniləndi

MARAQLI
09:56 19.02.2011
2269

Almaniyanın Karlsrue şəhərində yüngül atletika üzrə İAAF Permit Indoor Meetings – BW-Bank Meeting Karlsruhe seriyasından (Beynəlxalq Yüngül Atletika Federasiyasının qapalı zalda turniri) növbəti beynəlxalq turnir keçirilib.

Yarışlarda Azərbaycan idmançısı Hayle İbrahimov da iştirak edib. Kişilər arasında 3 min metrə qaçışda keniyalı Qideon Qatinba (7.41,77) finişə birinci çatıb. Azərbaycan təmsilçisi ikinci (7.42,54) olub.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, Hayle İbrahimov bu nəticə ilə Azərbaycanın yeni rekordunu müəyyənləşdirib.

//AzərTAc

 

OXŞAR XƏBƏRLƏR