Filmin prodüsseri aktyor heyətini açıqlamasa da, onlardan bir neçəsinin adını çəkdi. Məsələn, xalq artisti Rasim Balayev qəhrəmanın atası rolunda, "Mosfilim"in tanınmış aktrisası Mariya Kunax baş rollardan birində çıxış edəcək.
Xatirladaq ki, Mariya Kunax Rusiyanın ən aprıcı rejissorlarından olan Stanislav Qavaruxinin, Pankratov Belinin, Aleksey Çadovun filmlərində yer alıb.
Prodüsserin sözlərinə görə, gənc yazar Nicat Qafuroğlunun "Ultionis" romanı əsasında yazılan ssenari artıq hazırdır. Ssenari müəllifləri Nicat Qafuroğlu və publisist-yazar Ceyhun Musaoğludur.
Nicat Qafuroğlunun rejissorluğu ilə çəkiləcək film 3 dilə - Azərbaycan, ingilis və rus dillərinə tərcümə olunaraq səsləndiriləcək.
Sirac Mustafayev həmçinin bildirdi ki, əsas hədəfləri nüfuzlu beynəlxalq festivallarda Azərbaycanı təmsil etməkdir.