Dünən Azərbaycanın ən gözəl xanım idmançısı Valeriya Korotenkonun toyu olub. AZXEBER.COM-un “Trend-Life”a istinadən verdiyi məlumata görə, 27 yaşlı məşhur voleybolçunun ailə qurduğu oğlan da idmançıdır. Söhbət əvvəllər voleybolla məşğul olmuş, indisə peşəkar cüdoçu olan Nicat Məmmədovdan gedir.
Valeriya Nicatla tam təsadüf nəticəsində tanış olduqlarını söyləyib. “İndi özümü dünyanın ən xoşbəxt qadını sayıram”, - deyə Korotenko “Futbol+” qəzetinə müsahibəsində bildirib.