Azərbaycanın hansı naziri türk həmkarının oğlunun toyunda nigah şahidi oldu?

Azərbaycanın hansı naziri türk həmkarının oğlunun toyunda nigah şahidi oldu?
Bütün Xəbərlər
13:22 25.06.2011
2957


Türkiyə dövlət rəsmilərinin iştirak etdiyi toyda Azərbaycanın mədəniyyət və turizm naziri gəlinin dayısı ilə birgə qız tərəfdən nigah şahidi olub. Oğlan tərəfinin şahidləri arasında isə Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, onun həyat yoldaşı Əminə Ərdoğan da olub. 

Nigahın mərasimi bitdikdən sonra Abdulla Gül "Xeyirli olsun" deyərək mikrafonu Rəcəb Təyyib Ərdoğana uzadıb. Hər iki ailəyə Allahdan balalarının ağrısını göstərməməsini diləyən baş nazir, 'İnşallah ən pis günləri bu günki kimi olsun' deyib.

Qeyd edək ki, toy mərasiminə Türkiyə prezidenti və baş naziri ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin sədri (TBMM) Mehmət Əli Şahin, nazirlər, millət vəkilləri, həmçinin məşhur sənətçilər Orxan Gəncəbay və Kadir İnanır da qatılıb.

 

OXŞAR XƏBƏRLƏR