Taksi avtomobillərinin alınması üçün Londonun “Manganese Bronze Holdings” şirkəti ilə müqavilə bağlanıb. Yaxın vaxtlarda Azərbaycan Böyük Britaniyanın adıçəkilən şirkətindən taksi avtomobilləri alacaq.
{jcomments off}Sifariş Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində taksi xidmətlərinin təkmilləşdirilməsi məqsədi ilə təsis olunmuş “Baku Taxi Company” şirkəti tərəfindən verilib. “Manganese Bronze Holdings”un saytında yer alan məlumata görə, 100 avtomobildən ibarət “London Taxi TX4″ün ilk hissəsinin Bakıya aprel ayının sonunda gətiriləcəyi nəzərdə tutulub. Bütün avtomobillərin gətirilməsinin noyabrın sonuna kimi başa çatacaq. Sifarişin ümumi dəyəri 27 milyon dollardır.