Azərbaycanda çanaq antenalarının idxalı dayandırılır

Azərbaycanda çanaq antenalarının idxalı dayandırılır
MARAQLI
07:24 30.04.2011
2581

Rəqəmsal yayıma keçid üçün hazırlıq gedir. Rəqəmsal yayıma keçəndən sonra hökumətin müvafiq strukturları əhaliyə 10-dək xarici telekanaldan ibarət paket təklif edəcək, qalan kanalların isə yayımına imkan verilməyəcək. Rəqəmsal yayımın tələblərinə cavab verməyən televizorların da idxalı dayandırılacaq. Bir sıra hüquqi və texniki məsələlər hökumətin müvafiq strukturları ilə razılaşdırılıb.

Bu addıma səbəb ölkə ərazisində televiziya kanallarının rəqəmsal yayıma keçidi ilə bağlıdır. Bu işə dair dövlət proqramının tərkib hissəsi olan bu tədbirlərin ölkədə televiziya qəbuledicilərinin qiymətində hər hansı bahalaşma yaradacağı proqnozlaşdırılmır.

Nazirlər Kabinetindən bildirirlər ki, yaxın bir-iki ilə peyk antenalarının da ölkəyə idxalının dayandırılacağı gözlənir. Ondan sonra evlərimizin damında və eyvanlarında peyk antenaları olmayacaq.

Fikir belədir ki, peyk antenalarının sayı çoxalıb və şəhərin görünüşünə xələl gətirir. Eyvanlara, damlara yerləşdirilən çanaq antenaları şəhərin arxitekturasına xələl gətirməklə yanaşı, binaların damındakı bacalara və digər kommunal sistemlərin fəaliyyətinə əngəl yaradır.

Çanaq antenaları idxalının dayandırılması ilə rəqəmsal yayımın əhatə dairəsi genişlənəcək və kabel televiziyası inkişaf etdiriləcək. Proses çərçivəsində binalarda vətəndaşların qurduğu çanaq antenalarının kollektiv antenalarla əvəzlənməsi həyata keçiriləcək. Xatırladaq ki, "peyk antenaları"nın yığışdırılacağına dair bir müddət əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da açıqlama vermişdi.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, ölkə əhalisinin 40 faizindən çoxunun peyk kanallarına baxmaq imkanı yoxdur. Amma peyk antenalarına qoyulan yasaq tamaşaçı hüquqlarının pozulması kimi izah edilmir. Nazirlik elə sistem quracaq ki, keyfiyyətli peyk kanalına baxmaq üçün əlavə vəsait xərclənməyəcək.

Rəqəmsal yayımın tələblərinə cavab verməyən televizorların idxalının dayandırılmasına gəlincə, Müşfiq Əmirov bildirib ki, hazırda satışda olan televizorların əksəriyyətinin rəqəmsal yayım imkanı var.

"Ayna" qəzeti

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir