Azərbaycanda “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresi keçiriləcək

MARAQLI
10:18 21.01.2011
2344

 

Bu konqreslər müstəqil Azərbaycan dövlətinin banisi və memarı, Ümummilli Liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi nəticələridir. Belə ki, respublikamizda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin sürətli inkişafı məhz Ümummilli Liderimizin şəxsi təşəbbüsü əsasında beynəlxalq standartlar səviyyəsində yaradılan səhiyyə müəssisələrinin və müvafiq olaraq xarici ölkələrdə yetişdirilən milli kadrların bu işə cəlb olunması nəticəsində mümkün olmuşdur. Ümümmilli Liderimizin siyasətinin layiqli davamçısı, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması isə respublikamızda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin geniş vüsət almasına səbəb olmuşdur. Məhz bu əvəzolunmaz xidmətlərə görə ikinci dəfə təşkil etdiyimiz “Bakı Ürək Günləri” Beynəlxalq Konqresi də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilib.

Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunmağa və konqresin elmi-praktik səviyyəsinin yüksək olmasına çalışılacaq. İlk dəfə olaraq respublikamızdan və xarici ölkələrdən məqalə və tezislərin elektron qəbulu həyata keçirilir. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların Konqres salonunda canlı yayımı “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Konqres azərbaycanlı kardioloq və kardiocərrahlara dünyanın ən qabaqcıl mütəxəssisləri ilə bu sahədəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil ediləcək sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanımızın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.

Artıq Konqresdə iştirak etmək üçün qeydiyyat və məqalələrin qəbuluna başlanıb. İştirak etmək istəyənlər Konqresin rəsmi saytından (www.bakuheartdays.az) qeydiyyatdan keçə və məqalələrini göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR