Hadisə bu gün saat 17.00 radələrində Kürdəmir rayonu ərazisində qeydə alınıb. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “SU-25” markalı təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisə zamanı ölən olmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O, hazırda hadisə yerində olduğunu deyib, təyyarədə olan hər iki ekipaj üzvünün xilas olduğunu bildirib: “Xoşbəxtlikdən qəza nəticəsində ölən və xəsarət alan yoxdur”.