Konfransa Azərbaycanın aparıcı media orqanlarının nümayəndələri və tanınmış turizm şirkətləri iştirak edəcək. Layihə haqda daha geniş məlumat almaq üçün "Media və Turizm" layihəsinin rəhbəri Nigar Yəhyazadə ilə əlaqə saxladıq. Nigar xanım AZXEBER.COM-un suallarını böyük məmnuniyyətlə cavablandırdı.
- Nigar xanım, ilk olaraq "Media və Turizm" layihəsi haqda oxucularımıza məlumat verərdiz.
- Bu Lahiyə Azərbaycanda ilk dəfədir ki keçiriləcək. Əminliklə deyə bilərəm ki, bu layihənin analoqu yoxdur. Media və Turizm layihəsi çox böyük səs-küyə səbəb olacaq. Layihədə Azərbaycan Turizmində yeni media və Informasiya Texnologiyalarinin rolunun nədən ibarət olduğu aşılanacaq. Konfrans sentyabr ayında Nabranda keçiriləcək.
- Bu layihə hansı zərurətdən doğdu?
- Bildiyiniz kimi, bu il Azərbaycanda Turizm ilidir və bu layihə də məhz Turizm ili ilə bağlıdır. Bizim məqsədimiz Azərbayan Turizmini daha da ön plana çıxarıb bütün dünya ölkələrinə çatdırmaqdır. Onlar Azərbaycanın nə qədər gözəl məkan olduğunu bilməlidirlər. Biz də buna çalışırıq .
- Mətbuatda Azərbaycanın turizm ilə bağlı yazılar çox deyil. Siz bu işdə jurnalistlərə yardımçı olursunuzmu?
- Əlbəttə bu konfrans da məhz buna görə keçiriləcək. Vurğuladığımız kimi, yeni medianın da rolu böyük olacaq. Ümumiyyətlə, media artıq həyatımızın bir hissəsidir. Biz də çalışacağıq bu konfransla medianın diqqətini turizmə yönəldək.
- Layihədə iştirak üçün hansı turizm şirkətlərinə müraciət edəcəksiz?
- Əlbəttə. Onu deyim ki, bu layihə Turizm şirkətlərlərinin özləri üçün çox vacibdir. Bu layihədə Azərbaycanda öz sözünü demiş Turizm şirkətləri iştirak edəcəkər. Adlarını isə hələ ki sürpriz saxlayıram. Konfrans vaxtı özünüz hamısının şahidi olacaqsız. Necə deyərlər bir az gözləyin..,
- Bu tədbirdən sonra turizmin inkişafı ilə nə kimi layihələr planlaşdırırsız?
- Ağlımda gözəl bir lahiyə var. Hansı ki doğurdan da hər kəsi şoka salacaq. O haqda çox danışmaq istəmirəm sadəcə deyə bilərəm ki, bu Beynəlxalq layihə olacaq. Bu layihədə Avropa ölkələrindən, ABŞ-dan, İngiltərədən qonaqlar iştirak edəcəklər.
- Bu il Azərbaycanda turizm ilidir. Ölkəmizdə turizmin inkişafı üçün nə etmək lazımdır? Əcnəbilərin diqqətini ölkəmizə necə cəlb etmək olar?
- Elə hazırdaki layihəmizin bir qisminin məqsədi də əcnəbilərin diqqətini çəkməkdir. Biz bu layihəyə artıq start vermişik və bizim məqsədimiz turizmin inkişafıdır.
- Gələn il Azərbaycanda “Eurovision” musiqi müsabiqəsi keçiriləcək. Sizcə ölkəmiz bu müsabiqədən ən çox nə qazanacaq?
- Əminəm ki, bu müsabiqəylə Azərbaycanımız daha çox tanınıb, seviləcək. Daha çox əməkdaşlıq, daha çox dostlar qazanacağıq. Artıq Azərbaycan Avropanın bir hissəsinə çevrilib. Biz bu gün öz gözəlliyimiz,ntariximiz, qonaqpərvərliyimiz ilə artıq hər kəsi valeh edə bilərik. Avropa “Eurovision” sayəsində buna bir daha əmin olacaq.
Hacıbəy HEYDƏRLİ