AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə iyulun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə isti təşkil edəcək.