Azərbaycanda tanınmış idman yazarı vəfat etdi

Azərbaycanda tanınmış idman yazarı vəfat etdi
MARAQLI
05:32 11.06.2011
1245

 

Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadə 74 yaşında dünyasını dəyişib. Xatırladaq ki, Aqşin Kazımzadə jurnalistikaya ilk qədəmlərini “Molodyoj Azerbaydjana” qəzetində qoyub. “Sovetski sport”un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib.

Aqşin Kazımzadə “Bakinski raboçi”, “Vışka” və Bakıda nəşr olunan digər rusdilli qəzetlərdə müxtəlif vəzifələrdə çalışıb. 2001-ci ildən “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri işləyirdi. “Əməkdar jurnalist” adına, “Qızıl qələm” mükafatına və çoxsaylı fəxri fərmanlara layiq görülüb.

OXŞAR XƏBƏRLƏR