Azərbaycandakı internet-xəbər resurslarına nəzarət ediləcək

MARAQLI
10:33 27.11.2010
2352

 

"Azərbaycanda bəzi məqamlarda internet-xəbər resurslarından istifadə olunarkən, insanlar haqqında xəbərlər verilərkən jurnalistlərin peşə davranışı qaydalarının tələbləri pozulur. Mətbuat Şurası bu məsələlərlə bağlı fəaliyyətini genişləndirib. Biz artıq internet-resurslarla bağlı şikayətləri də qəbul edirik, onlara baxırıq. Bu vaxtdan etibarən Şuraya internet-resurslarla bağlı şikayətlər ünvanlanarsa, həmin şikayətləri Mətbuat Şurası qəbul edəcək və araşdıracaq", - Amaşov əlavə edib.

 

Hazırda Azərbaycanda 20-yə yaxın populyar internet-xəbər resursu fəaliyyət göstərir

Onun sözlərinə görə, gələn ilin yanvar ayında internet-xəbər resurslarına nəzarət məsələsi ilə bağlı xüsusi tədbir də keçiriləcək.

"Həmin tədbirdə bu sahədəki real vəziyyətlə bağlı hesabat təqdim olunacaq. O vaxta qədər araşdırma aparılacaq ki, vəziyyəti öyrənək. Bundan sonra isə həmin sahənin nümayəndələri ilə mütəmadi olaraq birgə fəaliyyət göstərmək və çalışmaq lazımdır ki, materiallar jurnalistlərin peşə davranışı qaydalarına uyğun olsun və çərçivəni aşmasın. Bu sahədə Azərbaycan Mətbuat Şurasının geniş planları var", - o qeyd edib.

Mətbuat Şurasının sədri qeyd edib ki, internetdəki sosial şəbəkələrə də nəzarət etməklə bağlı fikirlər var.

 

"Avropa Mətbuat Şuraları Alyansında həmin məsələ müzakirə mövzusu olub. Sosial şəbəkələrə azad istinad mənbəyi kimi yanaşılır. Bu isə bəzən müəyyən təxribatçı məqsədlərin reallaşmasına gətirir. Xüsusilə, bir sıra terror təşkilatları bu şəbəkələr vasitəsilə təbliğatlarını aparırlar. Buna görə də həmin şəbəkələrdə etik davranış qaydalarının necə istifadə olunmasına nəzarət etmək lazımdır", - Amaşov vurğulayıb.

Onun sözlərinə görə, artıq bu istiqamətdə Böyük Britaniyada təcrübə var, lakin nəzarət müvəffəqiyyətə nail ola bilməyib. "Hələlik bu nəzarətin necə və hansı formada olması ilə bağlı müzakirələr aparılır. Mətbuat Şuraları Alyansının gələn il Rusiyada keçiriləcək toplantısında sosial şəbəkələrə nəzarət məsələsi əsas müzakirə mövzularından biri olacaq", - Şura sədri deyib.

 


 


 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb