Azərbaycanlı futbolçulardan biri bolqar gözəli ilə evlənməyə hazırlaşır. Bu barədə Bolqarıstanın gong.bg saytı məlumat yayıb. Saytın xəbərinə görə, adı açıqlanmayan azərbaycanlı futbolçu ötən yay "MissSexySummer" seçilən Vanya Kirova ilə ailə həyatı quracaq.
Xəbərdə cütlüyün çoxdan görüşdüyü bildirilir. Həmyerlimiz Kirova ilə əvvəlcə dostluq münasibətlərində olsa da, sonradan münasibətlər sevgiyə çevrilib və futbolçu gözəlçəyə evlənməyi təklif edib.
Toy mərasimi bu ilin yazında Bolqarıstanda və Azərbaycanda olacaq.