Azərbaycanlı güləşçi ermənini belə məğlub etdi – VİDEO

İDMAN
11:11 27.07.2011
2249

Mübarizəyə 1/8 finalda erməni idmançısı Rudik Mkrtıçyan üzərinde qələbə ilə başlayan (2-0, 2-0) Vilayət daha sonra Gürcüstan təmsilçisi Nika Tsetkaladzeni məğlub edib.  (6-0, 1-0). 

Yarımfinalda Rusiya güləşçisi Pavel Vasilenko da pəhləvanımızın qarşısında duruş gətirə bilməyib: 5-0, 1-0. Nəhayət, həlledici qarşılaşmada Vilayət Qəhrəmanlı Qazaxıstanlı Janserik Sarsenbiyevlə üz-üze gelib ve ilk yarıda 1-0 hesabı ilə üstün olub. 2-ci hissədə hesab 3-0 Vilayətin xeyrinə olarkən rəqibin bilərəkdən və ya bilməyərəkdən ona əsl boksçu zərbəsi ilə üzünə vurması nəticəsində idmançımız ciddi xəsarət alıb. 

Belədə, hakimlər vəziyyəti nəzərə alaraq Qazaxıstan güləşçisinə xəbərdarlıq verməklə Vilayətin qalib gəlməsini elan ediblər.

OXŞAR XƏBƏRLƏR