Azərbaycanlı rəqqasə: "Oksana kimdir? Mən bilmirəm kimdən danışırsınız"
ŞOU-BİZNES
07:12 04.08.2011
1976
O, bunu Day.Az saytına müsahibəsində bildirib. "Buna çox sevinirəm. Anladım ki, nə olsa da, rəqssiz qala bilmirəm", - deyə o, qeyd edib: "Sevdiyim şəxs müvəqqəti olaraq başqa yerə gedib. Ona görə də çox darıxıram. Başımı qatmasam, qüssədən dəli olaram. O, yanımda olduqda isə rəqs etməyimin qəti əleyhinə idi".
Hazırda Bakıdakı mehmanxanaların birindəki şou-proqramda və toylarda rəqs etdiyini deyən Nailə Dadaşova rəqqasə Fatimə ilə müqayisə olunmasına sərt reaksiya verib: "Məni qeyri-peşəkarlarla müqayisə etməyin".
Məryam Süleymanovanı peşəkar sayan Naila Dadaşova digər rəqqasə Oksana haqda suala belə cavab verib: "Oksana kimdir? Mən bilmirəm kimdən danışırsınız".