Azad edilən nazir müavinlərinin yerinə - Onlar gətirildi

Azad edilən nazir müavinlərinin yerinə - Onlar gətirildi
SOSİAL
11:04 16.02.2026
598
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib.

AZXEBER.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib. Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.

Bundan başqa, Yusif Nəbiyev də nazir müavini təyin olunub. O isə bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib.

Qeyd edək ki, Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.
OXŞAR XƏBƏRLƏR