Azad edilmiş ərazilərdə düşən yağıntının miqdarı 6 mm-dək olub

Azad edilmiş ərazilərdə düşən yağıntının miqdarı 6 mm-dək olub
SOSİAL
11:08 04.06.2025
283
Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağdərə və Füzulidə düşən yağıntının miqdarı 6 mm-dək olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 4-ü saat 10:00-a olan məlumata əsasən, küləkli və yağıntılı hava şəraiti davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Şahdağda 31, Quba və Qobustanda 24, Daşkəsən və İmişlidə 20, Şəkidə 21, Cəlilabadda 17, Sabirabad, Biləsuvar və Göygöldə 15, Şamaxıda 14, Balakəndə 13, Mingəçevir və Gədəbəydə 12, Zaqatala və İsmayıllıda 10, Xaltan, Qusar, Cəfərxan, Göyçay və Sarıbaşda (Qax) 9, Tərtər, Zərdab, Kürdəmir və Naftalanda 8-dək olub.

Bundan başqa, Naxçıvan, Ağsu, Qəbələ, Beyləqan, Ağdam, Xınalıq, Altıağac, Gəncə, Oğuz, Cəbrayıl, Ağstafa, Şəmkir, Bərdə, Şirvan, Tovuz, Yevlax, Xaçmaz, Goranboy, Ordubad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağdərə və Füzulidə 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Qeyd olunub ki, Şahdağda isə qar yağır. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 23, Bakıda və Abşeron yarımadasında 20, Naxçıvanda 16 m/s-yə çatır. Dənizdə dalğanın dalğanın hündürlüyü 4,8 metrə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da 30, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti bu gün günün ikinci yarısından tədricən zəifləyəcək.
OXŞAR XƏBƏRLƏR