Azad Mustafayev işdən çıxarıldı

Azad Mustafayev işdən çıxarıldı
SOSİAL
11:48 17.03.2026
572
"Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Azad Mustafayev vəzifəsindən azad edilib.

Onun yerinə Namiq Yusubov qurumun baş mühəndisi təyin olunub.

Qeyd edək ki, N.Yusubov bundan öncə Metropolitendə istehsalat texniki şöbəsinin rəisi vəzifəsini tutub.
A.Mustafayev isə 2019-cu ildə "Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovun əmri ilə qurumda istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü ildə isə QSC-nin istismar üzrə baş mühəndisi təyin edilib.
 
//APA
OXŞAR XƏBƏRLƏR