Sevilən müğənni Azad Şabanov növbəti solo konsertini verməyə hazırlaşır.
AZXEBER.COM xəbər verir ki, konsert may ayının 23-də Heydər Əliyev sarayında baş tutacaq.
"Bir əsər" adlanan musiqili gecəyə həyəcanla hazırlaşdığını deyən müğənni pərəstişkarlarına səslənib:
"23 may Heydər Əliyev Sarayında "Bir Əsər" adlı musiqili etirafım olacaq. Hər mahnım ruhumun bir parçası, hər layihəm isə bir hekayəmdir. Siz sadəcə konsertə yox, əsl sənət ab-havasına qərq olacaqsınız. "Bir Əsər "də görüşənədək".
Aysel