Gənclər və İdman Nazirliyinin iki sektor müdiri vəzifəsindən azad edilib.
Bu barədə nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov bu gün keçirilən mətbuat konfransında açıqlama verib.
F.Mansurov bildirib ki, hazırda nazirliyin İdman şöbəsi 6 sektordan ibarətdir. Bu yaxınlardaMütalib Həsənov idman məktəbləri, İradə Rüstəmzadə dopinqə qarşı mübarizə sektorunun müdiri vəzifəsindən ayrılıblar: "Yaxın gələcəkdə digər sektorların müdirləri də özlərini doğrultmasalar, yollarımızı ayıracağıq".