Azad Şabanov “Bir əsər” yaratdı - FOTOLAR

Azad Şabanov “Bir əsər” yaratdı - FOTOLAR
MAQAZİN
17:07 24.05.2025
349
Gənc müğənni Azad Şabanov sayca ikinci solo konserti ilə çıxış edib.

AZXEBER.COM xəbər verir ki, estrada ulduzu bu dəfə ölkənin bir nömrəli və əsas səhnəsi olan Heydər Əliyev Sarayında sevənlərinin qarşışına çıxıb. "Bir əsər” adlanan gecə muzikl xarakteri daşıyıb. Konsertdə həm şou nömrələr, həm də rəngarəng səhnəciklər təqdim olunub.
 
Tamaşaçılar adi konsertə yox, əsl sənət ab-havasına, teatr, pantomimo, rəqslərlə dolu gecəyə qərq olublar. Konsertdə həm də sosial mesajlar yer alıb. "Duam” adlanan əsərdə Azad qadın və uşaq zorakilığı mövzusuna toxunub. O, səhnədən tamaşaçılara sosial mesajlar ötürüb. 

Konsertdə müğənninin tərəf müqabili Əməkdar artist, istedadlı aktrisa Həcər Ağayeva olub.

Gecə boyunca tez-tez geyimlər dəyişən sənətçinin obrazları da böyük maraqla qarşılanılıb. 

Rəqqaslarla və xüsusi şou ilə çıxış edən Azad Şabanov konsertdə hitlərini, həm də Azərbaycan klassik və müasir bəstəkarların mahnılarını canlı səsləndirib.

"Bir əsər” musiqili tamaşanın qurulçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, ssenari müəllifi Əməkdar artist Nicat Kazımov, quruluşçu xoreoqraflar Əməkdar artist Bəhruz Vagifoğlu, Əməkdar artist Nailə Məmmədzadə və Emin Hüseynov idi. Layihənin icraçı prodüseri isə Zemfira Bağırova olub.

Azərbaycan səhnəsində bir ilkə imza atan Azad Şabanovun bütün çıxışları gür alqışlarla qarşılanılıb. Konsert anşlaqla keçib.

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR