Polis onlarla aksiyaçı, o cümlədən AzadlıqRadiosu və İnterfaks agentliyinin əməkdaşlarını saxlayıb. Oktyabr meydanının yaxınlığna yığışan bir neçə yüz adam əl çalmağa başlayıblar. Polis bundan əvvəl meydana gedən yolları kəsib və sürücülərə xəbərdarlıq edib ki, əgər aksiyaçılara dəstək olaraq siqnal versələr cərimə olunacaqlar.
Ötən çərşənbə günü Belarusun bir neçə şəhərində bu cür aksiyalar keçirilib. Hüquq müdafiəçiləri onlarla adamın saxlandığını və çoxunun döyüldüyünü deyirlər./// fakto.info