“Azadlıq” meydanında parad keçirilir - Prezidentlə xanımı tədbirdə

“Azadlıq” meydanında parad keçirilir - Prezidentlə xanımı tədbirdə
SOSİAL
10:35 26.06.2018
2878

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının "Azadlıq” meydanında təntənəli hərbi parad keçirilir.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxırlar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezidentə raport verib.