Bakı metropoliteninin “Azadlıq Prospekti” stansiyasının çıxışında bərpa işləri aparılıb.
AZXEBER.COM-un verdiyi məlumata görə, metro çıxışının 2 ay əvvəl sökülən şüşələri yenidən qurulub.
Əvvəlkindən fərqli dizaynda qoyulan şüşə örtüklərə dayaq qoyulması da diqqətdən yayınmayıb. Görünür, əlaqədar şəxslər daha əvvəl 2 dəfə “dözümsüz çıxan” şüşələri bu yolla sığortalamaq niyyətindədirlər.
Fotolar AZXEBER.COM-a məxsusdur.