"Azadlıq var yuxularda, xoşbəxt olur məhbuslar da" - Əli İnsanovun şeiri

"Azadlıq var yuxularda, xoşbəxt olur məhbuslar da" - Əli İnsanovun şeiri
SOSİAL
13:07 01.04.2025
239
Ömrünün 15 ilə yaxınını həbsxana divarları arasında keçirən sabiq səhiyyə naziri, akademik Əli İnsanovun şeirlər kitabı çap olunub.

AZXEBER.COM gununsesi.info-ya istinadən xəbərinə görə, sabiq nazirin müəllifi olduğu şeirlər həbsxana illərində qələmə alınıb.

Olduqca kədərli notlar üzərində yazılan "Mənim ömür yarpaqlarım” adlı kitabdakı şeirlərdən birini təqdim edirik:

Sənlə keçən günlərimi, o qayğısız illərimi

Yada salır narın- narın, mənim zindan yuxularım.

Tez -tez yuxuma gəlirsən, məni aparıb gedirsən.

Qoy çin olsun arzularım, mənim zindan yuxularım.

Yuxudan ayılmayaydım, səninlə birgə qalaydım.

Bizi əsir saxlayaydı, mənim zindan yuxularım.

Azadlıq var yuxularda, xoşbəxt olur məhbuslar da

Oyanıram bitir o da, dörd divardı bütün ətrafım, mənim zindan yuxularım. 
OXŞAR XƏBƏRLƏR