AZAL 2 futbolçudan imtina etdi

AZAL 2 futbolçudan imtina etdi
İDMAN
15:32 02.07.2013
1180

Klub yeni mövsümə hazırlıqları davam etdirir

AZAL yeni mövsümə hazırlıqları davam etdirir. "Azerisport"un verdiyi xəbərə görə, paytaxt klubu təlim-məşq toplanışı ilə yanaşı heyətini gücləndirməyi də unutmur. Vaqif Sadıqovun komandası bu məqsədlə düşərgəsinə yeni futbolçular çağırıb. “Təyyarəçilər” bir neçə gün idi ki 3 ukraynalı futbolçunu sınayırdı. Bunlar Viktor Rojkovu, Artur Siryak və Anton Korolçukdu. Qeyd edək ki, 1984-cü ildə Odessada anadan olan Viktor Raskovun 29 yaşı var. Onun son klubu “Helios” olub. 29 yaşlı forvard 2011-ci ildən çıxış etdiyi klubda 63 oyunda meydana çıxıb və 20 qol vurub. Viktor əvvəllər Ukraynanın “Chernomorets”, “Şaxtyor” (Donetsk), “Maşinstroitel”, “Dnester”, “Arsenal”, “Stal” və Litvanın “Şaulyay” klublarında forma geyinib. Hücumçu Artur Siryakın isə 24 yaşı var. Futbolun sirrlərini “Şaxtyor”, “Dnepr”, “Metallurg” kimi klubların aşağı yaş qruplarında öyrənən Arturun son iş yeri “Poltava” olub. O, bu klubda 26 oyun keçirib və 3 qol vurub. Siryak əvvəllər “Xarkov”, “İlliçivets” və “Prikarattya” klublarında top qovub. Anton Korolçuk isə Kiyev “Dinamo”sunun yetirməsidir. 26 yaşlı yarımmüdafiəçinin son klubu “Krımteplitsiya” olub – 6 oyun. Anton karyerası ərzində Ukraynanın CSKA, “Krivbass”, “Niva”, “Xarkov”, “Yednist” və “Helios” klublarında oynayıb. Sadıqov onları bir neçə gün sınadıqdan sonra artıq ikisini geri qaytarıb. Belə ki, Siryakla Korolçuk məşqçilər korpusunun xoşuna gəlməyib. Rojkov isə hələ də sınanmaqdadı. Onun iyulun 6-da “Sumqayıt”la oyunda bir daha sınaqdan keçirilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
10:15 23.08.2025
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
10:06 23.08.2025
Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
Vaşinqtonda Milli Qvardiyaya silahdan istifadə etmək səlahiyyəti verilib
04:12 23.08.2025
Vaşinqtonda Milli Qvardiyaya silahdan istifadə etmək səlahiyyəti verilib
Niderlandın XİN rəhbəri hökumət daxilində fikir ayrılıqlarına görə istefa verib
03:46 23.08.2025
Niderlandın XİN rəhbəri hökumət daxilində fikir ayrılıqlarına görə istefa verib
Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər
02:28 23.08.2025
Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər
208 nəfər imtahan vermədən tələbə oldu
00:26 23.08.2025
208 nəfər imtahan vermədən tələbə oldu