AZAL Bakı-Krasnoyarsk-Bakı istiqamətində uçuşlara xüsusi aksiya keçirir

İQTİSADİYYAT
09:00 08.07.2015
1692

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakı-Krasnoyarsk-Bakı istiqamətində uçuşlara xüsusi aksiya elan edir.

AZAL-dan verilən məlumata görə, Bakı-Krasnoyarsk istiqamətində aviabiletin qiyməti 170 avrodur. Uçuş və biletlərin satış tarixləri 2015-ci il avqust ayının 7-ə qədərdir. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur, yerlər məhdud ola bilər. Ölkədə maksimal qalma müddəti bir ay, yığımlar və rüsumlar biletə daxildir.

Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün çağırış mərkəzinə: +(99412) 598-88-80 *8880 e-mail:[email protected]/* */ ya “Azərbaycan Hava Yolları” QSC satış ofislərinə müraciət etmək olar.

OXŞAR XƏBƏRLƏR