AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

SOSİAL
15:37 02.08.2020
2014

Həftənin çərşənbə günü, avqustun 5-də, "Azərbaycan Hava Yolları” Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək.

AZAL-dan AZXEBER.COM-a verilən məlıumata görə, Bakı-Moskva istiqamətində reysə aviabiletləri yalnız Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyindən uçuş icazəsi almış şəxslər əldə edə bilər.

 Moskva-Bakı istiqamətində reysə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

- diplomatik və xidməti pasportu olan əcnəbilər;

- Ailə üzvü (ata, ana, həyat yoldaşı, övladı, qardaşı/bacısı) Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər.

Aviabiletləri yalnız aviaşirkətin rəsmi agentlərindən əldə etmək mümkündür. Azərbaycan ərazisində AZAL-ın reyslərinə rəsmi bilet satışı hüququ olan agentliklərin siyahısı https://www.azal.az/az/article/31082015saytında qeyd edilib.

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinics saytında tanış olmaq olar.

Moskvada COVID-19 testindən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur. Testdən aşağıdakı klinikalarda keçmək mümkündür:

- Səhiyyə Nazirliyinin "Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi” FDBİ;

- Səhiyyə Nazirliyinin "Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi  tədqiqat mərkəzi” FDBİ;  

- "İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ” FBEİ;

- Rusiya Elmlər Akademiyasının "İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ” FDBEİ;

- Rusiya Elmlər Akademiyasının "Mərkəzi vərəm elmi-tədqiqat institutu” FDBEİ;

- "Təbabət” ("Medisina”) SC;

- "İNVİTRO müstəqil laboratoriyası” MMC;

- "Kliniki farmakologiya və farmasiya milli agentliyi” MMC;

- "Laborator-diaqnostika mərkəzi” MMC;

- "Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi” MMC.

Bütün hallarda arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:30 07.08.2020

Bakıya gəlmək üçün vətəndaşa saxta arayış verən baş həkim saxlanıldı - VİDEO

19:20 07.08.2020

“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO

19:00 07.08.2020

ÜST dünya ictimaiyyətini Livana 15 milyon dollar ayırmağa çağırıb

18:36 07.08.2020

DYP-dən rayonlara getmək istəyənlərə MÜRACİƏT

18:03 07.08.2020

"Bandotdel" Bakıda əməliyyat keçirdi - VİDEO

17:43 07.08.2020

Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü

17:38 07.08.2020

Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır

17:29 07.08.2020

Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit

17:25 07.08.2020

Şəhid generalla polkovnikin məzar daşı hazırdır - Foto

17:12 07.08.2020

Çimnaz onun məzarında göz yaşlarına boğuldu - VİDEO

17:00 07.08.2020

Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi

16:55 07.08.2020

Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu - FOTOLAR

16:46 07.08.2020

Azərbaycanda daha 129 nəfər koronavirusa yoluxdu, 421 nəfər sağaldı

16:21 07.08.2020

Naftalanda hərəkət məhdudiyyəti olanlar və uşaq arabalarının rahat hərəkəti üçün panduslar quraşdırılır - Fotolar

16:03 07.08.2020

“Xanımlar işlərinə daha sadiqdirlər” - Zəhra Zeynalova

16:01 07.08.2020

Daşqın Rəcəbli: "Biz humanist xalq olduğumuzu dünyaya göstərməkdə davam edəcəyik"

X Mostbet