AZAL bilet satışını bərpa edib

AZAL bilet satışını bərpa edib
SOSİAL
15:02 08.06.2020
1398

"Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib. 

AZXEBER.COM bu barədə aviaşirkətin internet səhifəsinə istinadən xəbər verir.

Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır. 

Məsələ ilə bağlı "Report"a açıqlama verən AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, aviaşirkət sentyabra qədər bilet satışını dayandırıb və o vaxta qədər satışın bərpası Nazirlər Kabineti yanında Operativ Qərargahın atacağı addımlardan asılı olacaq. 

OXŞAR XƏBƏRLƏR