AZAL-da korrupsiya əməliyyatı: Cahangir Əsgərov erası bitir

SOSİAL
14:21 08.06.2016
9511
Şirkət rəhbərinin ən yaxın adamlarından bir neçəsi həbs olunub, onların arasında «qara buxalteriya»nı aparan şəxs də varAzərbaycan Hava Yolları Dövlət Konsernində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib. Bu barədə Politika.Az-a etibarlı mənbələrdən məlumat daxil olub.Həmin məlumatda deyilir ki, Baş İdarənin keçirdiyi əməliyyat tədbirləri nəticəsində AZAL-ın bir neçə məsul şəxsi həbs olunub. Həbsə səbəb olan başlıca amil isə həmin şəxslərin dövlət əmlakını talaması olub. Məlumatlı mənbələr bildiriblər ki, hal hazırda məsələ ilə bağlı cinayət işi qaldırılıb və istintaq aparılır.Mənbə qeyd edir ki, AZAL prezidenti Cahangir Əsgərov baş verənlərdən ciddi şəkildə narahat olmağa başlayıb. Buna səbəb isə həbs olunanlar arasında onun ən yaxın iki adamının olmasıdır. İddia edilir ki, həmin iki nəfərdən biri Əsgərovun «sağ əli» olaraq da tanınır. Belə ki, o, konsernin bütün qara buxalteriyasını həyata keçirən şəxs olan. Eyni zamanda, AZAL prezidentinin biznesini idarə edirmiş. Belə bir şəxsin həbs olunması və iş otağında axtarışın aparılması isə şirkət rəhbərinin qarnının sancılarını daha da artırıb. Çünki həmin işçinin otağından götürülmüş sənədlərin arasında Əsgərovun da biznesinə dair ciddi bilgilər varmış.

OXŞAR XƏBƏRLƏR