AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər

AZAL ilə yeni səyahət mövsümü: Avropa paytaxtlarından dəniz kurortlarına qədər
İQTİSADİYYAT
17:04 25.09.2025
141
Oktyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL payız-qış cədvəlinə keçid edərək Avropa, Asiya və Yaxın Şərq üzrə 50-yə yaxın istiqamətdə reyslər həyata keçirəcək. Əksər marşrutlar üzrə biletlər artıq satışdadır.

Yeni mövsümdə AZAL-ın uçuş cədvəlində ən çox reys yerinə yetirilən istiqamətlər siyahısında İstanbul, Tbilisi və Təl-Əviv şəhərləri yer alır. Bununla yanaşı, marşrut şəbəkəsi regionun digər mühüm biznes və mədəniyyət mərkəzlərini də əhatə edir. Beləliklə, sərnişinlər Doha və Ər-Riyaddan başlayaraq Almatı, Daşkənd və Təbrizə qədər bir sıra istiqamətlər üzrə səyahət edə bilərlər.

Avropa istiqamətləri olan Paris, London, Vyana, Berlin, Praqa, Barselona və Milan şəhərləri də cədvəldə yer alır. Bu reyslər vasitəsilə Bakı Avropaya səyahət edən sərnişinlər üçün əlverişli tranzit məntəqəsi və marşrut imkanı təqdim edir. Yay istirahətini və dəniz mövsümünü üstün tutan sərnişinlər üçün isə Antalyaya və Trabzona reyslər davam edir, Maldiv adalarına və Şarm əl-Şeyxə uçuşlar isə bərpa olunub.

İstiqamətlərin müxtəlifliyi Heydər Əliyev Beynəlxalq Aeroportunu Avropa, MDB, Yaxın və Cənub-Şərqi Asiyanı birləşdirən müasir tranzit qovşağına çevirir. Bakını tranzit keçən sərnişinlər rahat və sürətli transfer imkanları və əlverişli uçuş cədvəlindən faydalana bilərlər.

Eyni zamanda AZAL rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Sərnişinlər aviaşirkətin rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə biletlərin onlayn bronunu həyata keçirə, oturacaq seçimi edə, xüsusi menyunu sifariş verə, xidmət sinfini yüksəldə və baqaj əldə edə bilərlər. Bu imkanlar səyahəti daha rahat və çevik edir.

AZAL ilə yeni mövsüm müxtəlif istiqamətlər, müasir xidmətlər və komfortlu səyahət deməkdir.

Bütün istiqamətlər üzrə aviabiletləri aviaşirkətin rəsmi saytı, mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassaları və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə Donald Trampa təşəkkür edib
21:06 25.09.2025
Prezident Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə Donald Trampa təşəkkür edib
Prezident: Vaşinqton Sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir
21:04 25.09.2025
Prezident: Vaşinqton Sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir
İlham Əliyev: ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi etimad və əməkdaşlığı möhkəmləndirərdi
21:02 25.09.2025
İlham Əliyev: ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi etimad və əməkdaşlığı möhkəmləndirərdi
Azərbaycan Prezidenti: Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir
21:00 25.09.2025
Azərbaycan Prezidenti: Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir
İlham Əliyev: Ermənistanla danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına görə müsbət nəticələr verdi
20:59 25.09.2025
İlham Əliyev: Ermənistanla danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına görə müsbət nəticələr verdi
Prezident: Azərbaycan müharibədən dərhal sonra Ermənistanla yeni səhifə açmağa hazır olduğunu bəyan etdi
20:58 25.09.2025
Prezident: Azərbaycan müharibədən dərhal sonra Ermənistanla yeni səhifə açmağa hazır olduğunu bəyan etdi
ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi - Prezident
20:56 25.09.2025
ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi - Prezident
İlham Əliyev BMT kürsüsündən Azərbaycanın Qələbəyə və sülhə aparan uzun yolundan danışır
20:54 25.09.2025
İlham Əliyev BMT kürsüsündən Azərbaycanın Qələbəyə və sülhə aparan uzun yolundan danışır
Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında çıxış edir - CANLI
20:52 25.09.2025
Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında çıxış edir - CANLI
Azərbaycan və Qambiya XİN-ləri Anlaşma Memorandumu imzalayıb
20:39 25.09.2025
Azərbaycan və Qambiya XİN-ləri Anlaşma Memorandumu imzalayıb
Laosun Baş Prokuroru Şamaxıya gəldi - FOTOLAR
20:34 25.09.2025
Laosun Baş Prokuroru Şamaxıya gəldi - FOTOLAR
Bayramov CICA-nın iclasına sədrlik etdi
20:23 25.09.2025
Bayramov CICA-nın iclasına sədrlik etdi
Ərdoğanla Tramp arasında görüş başlayıb
20:10 25.09.2025
Ərdoğanla Tramp arasında görüş başlayıb
İlham Əliyev Quterreşlə görüşdü - Fotolar
20:04 25.09.2025
İlham Əliyev Quterreşlə görüşdü - Fotolar
“Gənclərin Moda Festivalı” keçirildi - FOTOLAR
20:01 25.09.2025
“Gənclərin Moda Festivalı” keçirildi - FOTOLAR
İngiltərə klubu futbolçusu ilə müqavilənin müddətini uzadacaq
19:57 25.09.2025
İngiltərə klubu futbolçusu ilə müqavilənin müddətini uzadacaq