"Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin aviaşirkətinin Bakı-Moskva ("Vnukovo” aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.
Bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.