AZAL-ın İstanbul-Bakı reysi ilə uçan təyyarəsi texniki səbəbdən hava limanına qayıdıb

AZAL-ın İstanbul-Bakı reysi ilə uçan təyyarəsi texniki səbəbdən hava limanına qayıdıb
SOSİAL
16:55 15.10.2022
182
"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə AZXEBER.COM-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.
OXŞAR XƏBƏRLƏR