AZAL-ın Tbilisi-Bakı aviareysində gecikmə olub

AZAL-ın Tbilisi-Bakı aviareysində gecikmə olub
SOSİAL
13:02 06.05.2017
635
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gecə həyata keçirdiyi Tbilisi-Bakı aviareysi gecikmə ilə yerinə yetirilib.

Gecikmə təxminən 50 dəqiqə olub. Belə ki, AZAL-a məxsus sərnişin təyyarəsi Gürcüstan paytaxtından saat 01:20-də havaya qalxmalı olsa da, bu, 02:10-da mümkün olub. Son nəticədə sərnişinlər Azərbaycan paytaxtına saat 02:30-da deyil, 03:20-də çatıblar. Gecikməyə səbəb kimi dumanlı hava şəraiti göstərilib. /// report
OXŞAR XƏBƏRLƏR