AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının araşdırılmasına dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək.
AZXEBER.COM Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında respublikanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.
"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələblərinə, standartlarına və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir. Müvafiq olaraq, cari ilin dekabrına qədər araşdırma üzrə yekun hesabat tamamlanmalıdır", - o bildirib.