AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, mülki təyyarəni vurmaq əmrini kim verib?

SİYASƏT
17:35 20.01.2025
298
Ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi birmənalı olaraq Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən vurulub. Bu gün birgə araşdırmanın əsas suallarından biri budur ki, mülki təyyarəyə atəş açmaq qərarını kim verib və təyyarəni pilotsuz uçuş aparatı ilə necə səhv salmaq olardı?

AZXEBER.COM xəbər verir ki, bunu report-a müsahibəsində Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev deyib.

Kaliyev qeyd edib ki, hadisənin özü ilə bağlı araşdırma çox vaxt aparacaq, amma çox yaxında ilkin nəticələr açıqlanacaq. "Azərbaycan və Rusiya tərəfi prosesdə fəal iştirak edirlər. Qazaxıstanın vəzifəsi təhqiqatı koordinasiya etmək və qəzaya uğramış təyyarənin gövdəsinin bütün elementlərinin təhlükəsizliyini təmin etməkdir", - o bildirib.

O xatırladıb ki, Rusiya təyyarənin HHM sistemi ilə vurulmasını inkar etmir. "Təyyarə vurulub, istənmədən olsa belə. Aydındır ki, heç bir bədxah niyyət olmayıb. Sual budur ki, kim mülki təyyarəni PUA-dan ayıra bilməyib və kim sərnişin təyyarəsinə atəş açmaq əmrini verib", - agentliyin mənbəsi bildirib.

"Qazaxıstan Aktau yaxınlığında baş vermiş aviaqəzanın təhqiqatını aparan beynəlxalq dövlət komissiyasının rəhbəri kimi özünü ən peşəkar şəkildə və düzgün formada aparır. Bu, onun qərəzsizliyində və həyata keçirilən bütün fəaliyyətlərin şəffaflığında özünü göstərir", - Kaliyev bildirib.

Politoloq xatırladıb ki, bunun əsas sübutu Qazaxıstanın "qara qutular"ı oxumaq üçün onları qəzaya uğramış "Embraer" təyyarəsini istehsal edən Braziliyaya vermək qərarıdır. Səsyazılarının oxunmasında həm Azərbaycandan, həm də Rusiyadan nümayəndələr iştirak edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər