AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

SOSİAL
19:50 04.07.2020
485

İyulun 7-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul-Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanıb. 

Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

 

Tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış olmaq olar: https://youtu.be/HylsY0m9cEM .

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib.

Həmin siyahı ilə aşağıda tanış olmaq mümkündür: 

 - Referans kliniki laboratoriya mərkəzi;

 - Leyla klinikası;

 - Memorial klinikası

 - Bona Dea xəstəxanası;

 - İnci laboratoriyası;

 - Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

 - Kaspian Hospital;

 - Talassemiya mərkəzi;

 - UltraLab.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçməsi barədə arayış təqdim edə bilər.

COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 əvvəl almalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.

Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

16:27 13.08.2020

Müdafiə naziri: "TSQ-nin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə gətirəcək"

16:16 13.08.2020

Azərbaycanda növbəti tədris ili ilə bağlı yeni təkliflər hazırlandı

16:11 13.08.2020

Türkiyənin Müdafiə Naziri: “Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır”

16:09 13.08.2020

Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

16:00 13.08.2020

Los-Anceles polisi konsulluq qarşısında azərbaycanlılara hücum edən erməniləri axtarışa verdi

15:41 13.08.2020

Atasına yas mərasimi keçirən oğul cərimələndi - Foto

15:32 13.08.2020

Azərbaycan hərbçiləri Moskvaya yola düşdü

15:29 13.08.2020

Cəmi 15 dəqiqəyə Unibankda onlayn sahibkar hesabı aç!

X Mostbet