“AZAL Miles”ın genişmiqyaslı yenilənməsi: sərnişinlər üçün daha çox onlayn imkanlar

“AZAL Miles”ın genişmiqyaslı yenilənməsi: sərnişinlər üçün daha çox onlayn imkanlar
İQTİSADİYYAT
10:40 03.09.2024
446

Azərbaycanın milli aviadaşıyıcısı AZAL "AZAL Miles” loyallıq proqramının tamamilə yenilənməsini və rebrendinqini başa çatdırıb.

AZXEBER..COM xəbər verir ki, aviaşirkət qabaqcıl texnologiyalar və xidmətlərin rəqəmsallaşdırılmasını tətbiq etməklə müştərilərin şəxsi kabinetini modernləşdirib. Bu dəyişikliklər istifadəçilərə unikal imkanlar təqdim edir.

Loyallıq proqramının yenilənməsi və şəxsi kabinetin təkmilləşdirilməsi aviaşirkətin daha geniş transformasiya strategiyasının bir hissəsidir. Bu təşəbbüslərin əsas məqsədi xidmət keyfiyyətinin yüksəldilməsi və AZAL-ın beynəlxalq bazarda mövqeyinin möhkəmləndirilməsidir.

Transformasiya çərçivəsində yenilənmiş şəxsi kabinet daha rahat və funksional olub. Rəqəmsallaşma sayəsində sərnişinlər bütün lazımi xidmətləri – aviabiletlərin alınmasından, rezervasiyaların idarə edilməsindən tutmuş millərin idarə edilməsinə qədər – onlayn şəkildə həyata keçirə bilərlər. Şəxsi kabinetdə tətbiq olunan innovativ həllər "AZAL Miles” proqramı ilə qarşılıqlı əlaqəni xeyli asanlaşdırır və xidmətdən istifadəni mümkün qədər rahat və səmərəli edir.

"AZAL Miles” loyallıq proqramının yeni versiyası əvvəlkini əvəz etməklə yanaşı, müştərilərə əvvəl mövcud olmayan imkanlar təqdim edərək funksionallığı və imtiyazları xeyli genişləndirib. Proqramın bütün aspektləri müasir rəqəmsal standartlara uyğun olaraq yenidən işlənib. Proqramın yeni "Fürsətləri səmada tutun” ("More miles, more skies”) şüarı onun müasir səyahətçilərin ehtiyaclarına yönəlmiş yenilənmiş sistem kimi statusunu vurğulayır.

Proqramın əsas yeniliklərinə aşağıdakılar daxildir:

- İmtiyazların sayının artması;

- Millərin sürətli toplanması və istifadəsi;

- Eksklüziv təkliflərə çıxış;

- "Classic”, "Gold” və "Platinum” statuslarına əlavə olaraq iki yeni status – "Silver” və "Elite” tətbiq olunub.

Proqramın bütün statusları üzrə imtiyazlarına aşağıdakılar daxildir:

- Ön və geniş oturacaq seçimləri;

- Ödənişsiz baqaj;

- Sürətli keçid;

- Biznes zala pulsuz giriş;

- Xidmət sinfinin ödənişsiz yüksəldilməsi;

- Mükafatlandırıcı aviabiletin tarixinin cəriməsiz dəyişdirilməsi;

- Prioritetli qeydiyyat və təyyarəyə minik;

- Prioritetli baqaj daşınması. 

"AZAL Miles”ın əsas xüsusiyyətləri:

- Ailə hesabı: ailə üzvlərinə millərini bir hesabda toplamaq imkan yaradır;

- Mükafatlandırıcı aviabilet: artıq mil ilə bilet satılan istiqamətlər üzrə mükafatlandırıcı aviabiletlərə limit tətbiq olunmur;

- Millərin köçürülməsi: proqram iştirakçıları milləri bir-birilərinə köçürə biləcəklər;

- Millərin alışı: iştirakçılar həm özlərinə, həm də digər iştirakçılar üçün ödənişli şəkildə millər ala bilərlər;

- Status ballarının alışı: istifadəçilər statuslar üzrə müəyyən tələblərdən sonra ödənişlə status ballarını ala bilərlər;

- Millərin status ballarına çevrilməsi: əlavə imtiyazlar və daha çox ölkəyə uçmaq imkanı əldə etmək üçün yeni funksiya;

- Müddəti bitmiş millərin bərpası: iştirakçılar müddəti bitmiş milləri müəyyən şərtlərlə bərpa edə bilərlər.

Yenilənmiş proqramda iştirakçılarımız üçün hədiyyələr də hazırlanıb. Belə ki, ilk uçuş və hər bir yeni statusa keçid zamanı "Xoş gəldin” milləri, eləcə də doğum günü milləri təqdim edilir.

Dəyişikliklər zamanı aşağıdakı güzəştlər tətbiq edilib:

1. Bütün iştirakçıların milləri bitmə müddətindən asılı olmayaraq 2027-ci ilin avqust ayına qədər 3 il müddətinə uzadılıb.

2. Status balları üçün son 12 ay deyil, son 20 ay ərzində həyata keçirilən uçuşlar nəzərə alınıb.

3. Yeni proqram istifadəyə verilən gündən sonra uçuş edən hər bir iştirakçıya 300 "Xoş gəldin” mili hədiyyə edilir.

4. Heç bir uçuş etməyən əvvəlki "Gold” statuslu iştirakçılar ən azı "Silver”, "Platinum” statuslu iştirakçılar isə ən azı "Gold” statusunda saxlanılıb. Ən azı 1 dəfə uçuş edənlər isə öz statuslarında saxlanılıb.

5. Öncəki "Classic”, "Gold”, "Platinum” statuslu iştirakçılar həyata keçirdikləri uçuşlardan asılı olaraq "Elite” statusuna yüksələ bilərlər.

6. 18 yaşdan yuxarı hər kəs və ya valideyn köməyi ilə 2 yaşdan yuxarı uşaqlar şəxsi kabinetdə qeydiyyatdan keçməklə proqramın iştirakçısı ola bilər.

Ətraflı məlumat üçün www.azal.az/az/azal-miles/discovery/faq linkinə keçid edə bilərsiniz.

Bu dəyişikliklər şəxsi kabinetin modernləşdirilməsi və "AZAL Miles” proqramının yenilənməsinin aviaşirkətin ümumi transformasiya strategiyasının bir hissəsi olaraq xidmət və müştəri təcrübəsini təkmilləşdirməyə yönəlmiş iki fərqli, lakin bir-biri ilə əlaqəli layihə olduğunu vurğulayır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır