AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir

AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
İQTİSADİYYAT
14:16 12.05.2025
372
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir.
 
AZXEBER.COM xəbər verir ki, Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün Azərbaycan Hava Yollarının (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir. 

Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR