AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır

AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
İQTİSADİYYAT
15:07 16.02.2026
1377
16 fevral 2026-cı il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayından etibarən Qazaxıstanın Şımkent şəhərinə uçuşlara başlayacaq. Yeni istiqamət üzrə biletlər artıq satışdadır.

AZXEBER.COM xəbər verir ki, ilk reys 16 iyun 2026-cı il tarixində baş tutacaq. Aviaşirkətin uçuş cədvəlinə uyğun olaraq Bakı-Şımkent-Bakı reysləri:

16-27 iyun 2026-cı il tarixlərində həftədə iki dəfə — Bakıdan Şımkentə və əks istiqamətdə çərşənbə axşamı və şənbə günləri;

30 iyun 2026-cı il tarixindən etibarən isə həftədə üç dəfə olmaqla çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.

Qeyd edək ki, AZAL-ın genişlənən marşrut şəbəkəsində Şımkent Qazaxıstanın sayca 4-cü şəhəridir. 2025-ci il ərzində aviaşirkət Almatı, Astana və Aktau şəhərlərinə 850-yə yaxın müntəzəm uçuş (gediş-gəliş) həyata keçirib.

OXŞAR XƏBƏRLƏR