AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir

AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir
İQTİSADİYYAT
14:45 29.11.2024
323

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 30 noyabr tarixindən etibarən Bakıdan İsrailin Tel-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.

AZXEBER.COM xəbər verir ki, aviaşirkət uçuşları həftənin hər günü yerinə yetirəcək. 

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.

 

OXŞAR XƏBƏRLƏR