AZAL yeni transfer reyslər açır

İQTİSADİYYAT
17:25 01.05.2014
1957
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) mayın 20-dən Perm-Bakı aviareysini açacaq.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, reyslər həftənin çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Uçuşlar “Airbus A 320” təyyarələri ilə aparılacaq.
Bu reys həm də transfer reyslər olacaq. Belə ki, uçuşlar Perm-Bakı-İstanbul və Perm-Bakı-Pekin marşrutu üzrə həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR