"Azan məni müsəlman olmağı düşünməyə vadar edir" - İrlandiyalı aktyor

"Azan məni müsəlman olmağı düşünməyə vadar edir" - İrlandiyalı aktyor
MAQAZİN
15:03 18.02.2026
352
Məşhur irlandiyalı aktyor Liam Nison fikirləri ilə yenidən gündəm olub.
 
AZXEBER.COM xəbər verir ki, o, illər öncə İstanbulda olarkən azan səsini eşitdikdən sonra yaşadıqlarını bir daha xatırlayıb.
 
"Azan gündə beş dəfə səslənir və ilk həftə ərzində insanı dəli edir, sonra isə sadəcə ruhunuza təsir edir və bu, ən gözəl, ən gözəl şeydir... Şəhərdə 4000 məscid var. Bəziləri sadəcə möhtəşəmdir və bu, məni müsəlman olmağı düşünməyə vadar edir"- deyə, o bildirib.

Xatırladaq ki, bir neçə il öncə İstanbula film çəkilişi üçün gələn aktyor, o zaman da Azan səsindən heyrətə gəldiyini bildirmişdi.
 
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR